Ermənistan ordusu sərhəddə təxribat törətdi: Atəşkəs pozuldu

  • By Günel
  • 16 Mart 2025 13:55

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Gununsesi.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, martın 16-sı saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Gununsesi.info