“Espanyol”-un çinli futbolçu koronavirusdan sağaldı

  • By admin
  • 10 May 2020 19:05

İspaniyanın “Espanyol” klubunun koronavirusa yoluxan futbolçusu Vu Ley sağalıb.

Gununsesi.org xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabında məlumat verib.

28 aprel-7 may tarixləri arasında iki testdən keçən çinli futbolçunun hər iki testinin nəticəsi neqativ olub.

Qeyd edək ki, Vu Ley “Espanyol”un mart ayında koronavirusa yoluxan 8 futbolçusundan biri idi. Onun bu gündən etibarən məşqlərə başlayacağı bildirilir.

 

 

Gununsesi.org