Estoniyanın Baş naziri istefa verir

  • By admin
  • 08 İyul 2022 21:27

Estoniyanın Baş naziri Kaja Kallas tutduğu vəzifədən gedir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Delphi” məlumat yayıb.

“Mən bu təklifi özüm etdim, çünki yeni nazirləri təyin etsəm, çox səs-küy və narazılıq olardı”, – Kallas əlavə edib.

Kallas vurğulayıb ki, COVID-19 hələ də aradan qalxmayıb, yüksək inflyasiya və enerji böhranı müşahidə olunur.

“Lakin Qərb dövlətləri rahatlamamalıdır, çünki onlar Ukraynaya kömək etməyə borcludurlar. NATO Rusiya ilə sərhədlərin yaxınlığında şərq cinahının gücləndirilməsi planını həyata keçirməyə başlamalıdır”, – estoniyalı nazir bildirib.

Gununsesi.info