Estoniyanın baş naziri yol qəzasına düşüb

  • By admin
  • 25 Oktyabr 2017 22:04

b47b487e-f28d-4013-9ea2-5dc56a216063
Estoniyanın baş naziri Yuri Ratasın avtomobili çərşənbə günü paytaxt Tallində yol qəzasına düşüb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Postimees” qəzeti yazıb.
İlkin məlumata görə, hökumət başçısı maşında olub və heç bir xəsarət almayıb.
“Tallinin mərkəzindəki Dram Teatrının qarşısında baş nazirin “Audi” markalı xidməti maşınına yandan “Mercedes” markalı yolsuzluq avtomobili çırpılıb. Qəza zamanı Ratas maşında olub. Şahidlərin sözlərinə görə, baş nazir maşından düşüb və mühafizəçilərin avtomobilinə minərək hadisə yerini tərk edib”, — deyə məlumatda bildirilir.
Estoniyanın Polis və Sərhəd mühafizəsi Departamenti hələ ki, informasiyanı təsdiq etməyib.

Gununsesi.info