Etirazçılar Kanada – ABŞ sərhədini bağladılar – VİDEO

  • By admin
  • 08 Fevral 2022 21:22

Kanadada koronavirus məhdudiyyətlərinə etiraz edənlər Ontario əyalətinin Vindzor şəhərini ABŞ-ın Detroit şəhəri (Miçiqan ştatı) ilə birləşdirən körpünü bağlayıblar.

Kanada bayraqları daşıyan etirazçılar bazar ertəsi axşamından Kanadanın ən işlək quru sərhəd keçidlərindən biri və əsas yük maşını marşrutu olan “Ambassador” körpüsünə toplaşıblar.

Məlumata görə, Ontario polisi sürücülərə körpünün hər iki istiqamətdə bağlı olduğu barədə xəbərdarlıq edib və onlara alternativ yollardan istifadə etməyi tövsiyə edib. Eyni zamanda, Kanada Sərhəd Agentliyi sürücülərə körpünün üç kilometrliyində yerləşən tuneldən istifadə edə biləcəklərini də deyib.

Miçiqan Nəqliyyat Departamenti körpünün hələ də bağlı qaldığı barədə məlumat paylaşıb.

Gununsesi.info