Etna vulkanının püskürməsi zamanı 10 turist xəsarət alıb - VİDEO

  • Müəllif: admin
  • 16 Mart 2017 23:52

vulkan

İtaliyanın Siciliya adasında Etna vulkanının püskürməsi zamanı 10 nəfər xəsarət alıb.

Gununsesi.info-nun “Report”a istinadən verdiyi məlumata görə, bu barədə “La Republica” xəbər verib.

Nəşrin xəbərində bildirilir ki, xəsarət alanlar turistlərdir. Onlar vulkanın kraterinə çox yaxınlaşıblar. Nəticədə yanıq və digər xəsarətlər alıblar.

Hazırda yaralıların vəziyyətinin sabit olduğu, onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Qeyd edək ki, Etna vulkanı son üç həftə ərzində artıq 3-cü dəfədir ki, püskürür. Vulkanın lavasının hündürlüyü 270 metr yüksəkliyə çatır.

Gununsesi.info