“Etonu “Qalatasaray”a verdik”  - "Antalyaspor" Prezidenti

  • By admin
  • 14 İyun 2016 11:57

 eto

 

Türkiyənin “Antalyaspor” klubunun prezidenti Güntekin Gençer “Qalatasaray” azarkeşlərini sevindirəcək açıqlama verib.

HTML tutorial

 

Gununsesi.info xəbər verir ki, klub rəsmisi komandanın ulduz futbolçusu Samuel Etonu İstanbul klubuna verdiklərini bildirib.

Fransada keçirilən Avropa Çempionatını “Qalatasaray” prezidenti Dursun Özbekle izləyən Gençer oyundan çıxdıqdan sonra jurnalistlərin suallarına cavab verib. Bir jurnalistin “Cim-Bom” rəhbərinə verdiyi suala da Antalya təmsilçisinin prezidenti cavab verib. Özbeye ünvanlanan “yeni transferlər varmı” sualına Gençer “Samuel Etonu “Qalarasaray”a verdik” deyərək təəccüb yaradıb”.  (Qafqazinfo)