Ev sahibiylə rastlaşan oğru onu bıçaqladı

  • By admin
  • 06 Sentyabr 2019 14:46

Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən Xuluf kənd sakini E.Atakişiyev sentyabrın 4-də axşam saatlarında  evinə girmiş maskalı şəxsin onunla rastlaşdıqda qol nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etməsini bildirib.

Gununsesi.org xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Vəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Gununsesi.org