Evdə yanğın olub, içində uşaq olan beşik yanıb

  • By admin
  • 11 Yanvar 2017 11:55

yanan-ev-yangin-yanqin-yangin

Ağstafada yanğın olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, yanvarın 10-da saat 12 radələrində Ağstafa rayonunun Aşağı Göyçəli kəndində yaşayan İsa Ələkbərovun evində pərdənin qaz sobasının üstünə düşməsi nəticəsində yanğın baş verib.

Nəticədə pərdə və İ.Ələkbərovun 3 yaşlı nəvəsi Səidin yatdığı beşik yanıb. Xəsarət alan uşaq xəstəxanaya yerləşdirilib.

Gununsesi.info