Evdən oğurluq edən şəxs tutuldu

  • Müəllif: Firuzə
  • 24 Noyabr 2025 10:44

Gəncədə evdən oğurluq edən şəxs tutulub.

Gununsesi.info-nun məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakininə məxsus evdən 8000 manat pul və 2500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı C. Mamedov saxlanılıb.

Fakt araşdırılır.

Gununsesi.info