Evdən qızıl əşyalar oğurlayan şəxs tutulub

  • Müəllif: admin
  • 31 Avqust 2017 13:54

qizil-zinet
Ağcabədi rayonu ərazisindəki evlərdən birindən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxs tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Ağcabədi rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyunun 24-də rayon ərazisindəki evlərdən birindən 4000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini İlyas Məmmədov tutulub.

Anar
Gununsesi.info