Evlərdən oğurluq edən şəxslər saxlanılıb

  • By admin
  • 22 Fevral 2017 12:00

ogru

Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-dən 19-dək olan müddətdə Sabunçu rayonu ərazisindəki 4 evdən pul, qızıl, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Niftiyev tutulub.

Bundan başqa fevralın 18-də metronun “Nizami” stansiyasında, qatarda Kəlbəcər rayon sakini Şahzadə Aslanovanın çantasından 135 manat, 11 ABŞ dolları pulu və sənədi oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini Etibar Quliyev Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Anar
Gununsesi.info