Evlərdən oğurluq edənlər tutuldu

  • By admin
  • 03 İyun 2017 12:07

ogru
3400 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 1-də rayon ərazisindəki evlərdən birindən 3400 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nadir Nağıyev tutulub.

Bundan başqa Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aprelin 24-də şəhər ərazisindəki evlərdən birindən 1000 manat və 200 ABŞ dolları pul, habelə qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Kənan Əliyev, Nizami Məmmədov və Nadir Rzayev tutulublar.

Anar
Gununsesi.info