Eyfel qülləsi gülləkeçirməz divarla əhatə olunacaq

  • By admin
  • 19 Sentyabr 2017 11:10

04

Eyfel qülləsi gülləkeçirməz şüşə divarla əhatə olunacaq. Bu, Parisin əsas rəmzinin təhlükəsizliyini gücləndirəcək.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Paris şəhər bələdiyyəsi məlumat yayıb.

Belə ki, məlumatada qeyd edilir ki, Eyfel qülləsinin ətrafı gülləkeçirməz şüşə divarla əhatə olunacaq, lift əsaslı şəkildə təmir ediləcək, qüllə isə yenidən boyanacaq.

2,5 m hündürlükdə olacaq şüşə divarın təkcə qülləni deyil, onun yaxınlığında yerləşən bağların bir hissəsini də əhatə edəcəyi gözlənilir. Layihə 300 milyon avroluq proqramın bir hissəsidir. Bu proqram şəhərin əsas görməli yerinin təhlükəsizliyinin artırılmasını nəzərdə tutur.

Eyfel qülləsi və onun ətrafında aparılacaq işlər 2024-cü il Olimpiya oyunlarına qədər tamamlanacaq.

Qeyd edək ki, il ərzində Eyfel qülləsini 7 milyona qədər insan ziyarət edir.

Anar

Gununsesi.info