Eyni vaxtda 3 mənzili soydular - POLİS ONLARI YATAQ OTAĞINDA ƏDYALA BÜRÜNMÜŞ VƏZİYYƏTDƏ YAXALADI

  • Müəllif: admin
  • 15 Mart 2017 20:23

goydeleni soydular

Antalyanın Alanya vilayətində 3 nəfər oğru girdikləri göydələndəki 3 mənzili soymağa çalışarkən jandarma tərəfindən yaxalanıb.

Gununsesi.info-nun “Milliyet” qəzetinə istinadən verdiyi məlumatda deyilir ki, hadisə dünən axşam saat 23:00 radələrində Mahmutlar Məhəlləsi Şükrü Top prospektində yerləşən göydələndə qeydə alınıb.

Bildirilir ki, həmin göydələnin 11-ci mərtəbəsindəki 35 nömrəli mənzilin soyulduğuna dair xəbər alan Alanya İlçe Jandarma Komandanlığı dərhal hərəkətə keçib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəl 35, sonra isə 36 və 37 nömrəli mənzillərin dağınıq vəziyyətdə və balkon qapılarının açıq olduğunu müəyyən ediblər. Beləliklə, mənzilləri bir-bir yoxlayan jandarma komandanlığının əməkdaşları 37 nömrəli mənzilin yataq otağında yerdə üstünü ədyal ilə örtmüş Əli S.ni, hamamda isə Ömər B.ni, evin girişində isə Əbubəkr B.ni yaxalayıb.

Araşdırmalar zamanı bu şəxslərin üzərindən girdikləri mənzillərdən götürdükləri qızıl-zinət əşyaları, noutbuk, planşet, modem, naviqasiya cihazı, ayaqqabı, köynək, spirtli içkilər və bir qədər də pul aşkar edilib. Polis şöbədində sorğu-sual edildikdən sonra oğrular ədliyyəyə təhvil verilib.

Gununsesi.info