İran təhlükəsizlik qüvvələri Təbrizdə yaşayan milli fəal Əyyub Şirini həbs edib.
Gununsesi.infoxəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Məlumata görə, Şirin martın 31-də həbs edilib.
Ailəsinin fəalın həbs səbəbi və harada saxlanıldığı barədə müraciətləri də cavabsız qalıb.
Qeyd edək ki, Əyyub Şirin bundan əvvəl də dinc milli-mədəni fəaliyyətlərinə görə həbs edilib.












