Fələstin prezidenti xəstəxanaya yerləşdirilib

  • By admin
  • 05 İyul 2018 14:31

Fələstin prezidenti xəstəxanaya yerləşdirilib

Fələstin prezidenti Mahmud Abbas xəstəxanaya yerləşdirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Ria Novosti” Fələstin prezident administrasiyasındakı mənbəsinə istinadən məlumat yayıb. Məlumatda qeyd edilir ki, Mahmud Abbas tibbi müayinədən keçməsi üçün Ramallah şəhərindəki xəstəxanadadır.

Qeyd edək ki, Abbas 2005-ci ildən bəri Fələstinə liderlik edir.