Fədayə Laçının məhkəməsi başlayır - “Qoca”nın qaçmasına görə təqsirləndirilənlərin istintaqı bitdi

  • By admin
  • 28 İyun 2018 15:33

“Qoca” ləqəbli kriminal aləmin üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaq qatarından qaçmasına görə təqsirləndirilən 12 nəfərin cinayət işi üzrə istintaqı tamamlanıb.

Gununsesi.info-nun “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hazırda tanış olma mərhələsidir, bundan sonra iş baxılması üçün məhkəməyə göndəriləcək. Məhkəməyə 12 nəfər təqsirləndirilən şəxs qismində çıxarılacaq. Bir nəfər isə istintaqdan yayındığı üçün axtarışa verilib.

Qeyd edək ki, iş üzrə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, 3 əməkdaşı – qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanov, müğənni Fədayə Laçın, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməf Hacıyev və digər şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qərarı verilib.