
İsrailin etirazlarına baxmayaraq Fələstinin Beynəlxalq Kriminal Polis Təşkilatı – İnterpola üzvlük müraciəti qəbul edilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən Beynəlxalq Kriminal Polis Təşkilatının – İnterpolun Baş Assambleyasının növbəti sessiyasında Fələstinin təşkilata üzvülüyü qeydə alınıb.
Bekə ki, Fələstin dövləti İnterpoldan Fələstin xalqına qarşı cinayət törətmiş İsrail əsgərinin və siyasətçilərinin tutulmasını tələb edə biləcək.
Qeyd edək ki, İnterpol dünyanın 190-dan artıq ölkəsini öz sıralarında birləşdirən beynəlxalq təşkilatdır. Təşkilatın mərkəzi Fransanın Lyon şəhərində yerləşir. Beynəlxalq qurum narkotik qaçaqmalçılığı, banditizm, dələduzluq və yetkinlik yaşına çatmayanlara qarşı cinayət törədən şəxslərin bütün dünya üzrə axtarışını koordinasiya edir.
Xatırladaq ki, Fələstin dövlətinin baş nazir Rami əl-Hamdallah 2015-ci ilin iyul ayında İnterpola üzv olmaq üçün rəsmi şəkildə müraciət edib.
Eyni zamanda Fələstin, 2012-ci ildə BMT-nin Baş Qurulunda edilən səs vermədə 193 üzv ölkədən İsrail və ABŞ başda olmaq üzrə 9 ölkənin “xeyr” səs verməsinə baxmayaraq, 138 ölkənin təsdiqiylə “üzv olmayan müşahidəçi dövlət” statusu qazanıb. Bundan sonra Fələstin bir çox beynəlxalq təşkilatlara üzv qəbul edilib.
Anar
Gununsesi.info











