Fələstindən qətliama göz yumanlara çağırış

  • Müəllif: admin
  • 14 May 2018 20:36


Fələstin hökuməti işğalçı İsrail rejiminin Qəzzada törədiyini kütləvi qətliama görə dünya ictimaiyyətinə səslənib.

Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Fələstin vəhşiliklərə səssiz qalan dövlətə çağırış edərək mövqe ortaya qoymalarını və qətliamı dayandırmaq üçün İsrailə təzyiqlər edilməsini istəyib

Hökumət sözcüsü Yusif əl-Mahmud Fələstin xalqının təhlükəsizliyinin təmin edilməsi üçün dəstək istəyib.

Qeyd edək ki, bu gün sionist əsgərlər 49 fələstinlini şəhid edib. 1700-ə yaxın yaralı var.

Gununsesi.info