Fərdadan onu tənqid edənlərə sərt reaksiya: - "ÖZ AİLƏNİZLƏ MƏŞĞUL OLUN"

  • By admin
  • 15 Aprel 2017 23:45

ferda

Aktyor Fərda Xudaverdiyev yenə sosial şəbəkədən şikayət edib.

Gununsesi.info xəbər verir ki, yumorist “Xəzər maqazin”ə açıqlamasında ona tənqid yazanlara səslənib:

“Xüsusi quruplar var ki, sosial şəbəkədə ancaq tənqid etməyə oturublar. Tək bizi yox, bütün yazılan təhqirlərin altından onlar çıxır. 2003-cü ildə “Tək səbr” etdik, tənqid olunduq. Amma indi kinoteatrda filmi təqdim olunanlar ancaq onlardır.

Bir ara İnstaqramımı bağlayıb, öz işlərimə aludə olmaq istədim, amma alınmır. Bizi sevənlər işlərimizi oradan izləyirlər. Elə adamlar var ki, öz həyatını yaşamır, bizlə əlləşirlər. Yazıqdılar, öz ailənizlə məşğul olun”.

Gununsesi.info