Fərid Qayıbov onlara yüksək vəzifə verdi

  • Müəllif: Orxan
  • 23 Aprel 2026 13:33

Gənclər və İdman Nazirliyində yeni kadr təyinatları olub.

Gununsesi.info xəbər verir ki, bununla bağlı nazir Fərid Qayıbov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Elşad Məmmədov gənclər və idman nazirinin müşaviri vəzifəsinə təyin olunub.

Bundan əlavə, indiyədə qədər Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Fərid Məmmədzadə Aparat rəhbəri təyin edilib.

Fotoda Fərid Məmmədzadə (İqtisadiyyat.az)

1514880

Gununsesi.info