
Adanada Türkiyə Baş Prokurorluğunun hazırladığı yazılı şərhdə bildirilib ki, Adana Prokurorluğunun Terror-texniki və mütəşəkkil cinayətlər İstintaq Bürosunda FETO/ PDY ilə əlaqəli şəxs və qurumlara aid olan daşımaz əmlakların, abadlıq planlarında qeyri-qanuni başqa şəxslərin adına dövr edilməsi və edilən dəyişikliklə dəyərinin hədsiz miqdarda artırılmasını təmin edrək FETO/ PDY Terror Təşkilatına maliyyə təmin edilməsinə istiqamətlənən iddianamə əsasında 17 şübhəli şəxs haqqında Adana 2. Ağır Cəza Məhkəməsində iddia açıldığı bildirilib.
Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, sözügedən açıqlamada bir nömrəli şübhəli olan Fəthullah Gülənin “Konstitusiyanı pozmağa təşəbbüsdən” ittihamıyla mühakimə olunduğu iddiada məhkəmə heyətinin Gülən ilə əlaqəli olan şübhəlilərdən Ömər Ekinci, Kamal Elibal və Cemal Soncu haqqında həbs qətimkan tədbirin haqqında qərar çıxarıldığı bildirilib. Qərarda qanundan qaçmaqda ittiham edilən 4 şübhəli üçün məhkəmə qaçaq olduqlarına görə, haqlarında axtarış elan edilməsi istiqamətində əməliyyat keçirilməsi üçün hazırlanan razılaşdırılmada aşağıdakılar qeyd edilib: “Adana 2. Ağır Cəza Məhkəməsi, haqlarındakı iddianın nəticəsiz qalmasını təmin etmək məqsədiylə xarici ölkədə olan və bu səbəblə özünə əl çatmadığı üçün qaçaq vəziyyətə düşən Fəthullah Gülən Ömər Ekinci, Kamal Elibal və Cemal Soncunun Cinayət Prosessual Məcəlləsinin 278.1 maddəsini əsas tutaraq, məhkəmə F.Gülənin bütün mal-mülkünə və varidatına əl qoyulması qərarını verib. Məhkəmənin bu qərarıil birlikdə fərarilərə aid Türkiyədəki bütün daşınmaz əmlaklara, quru-dəniz və hava nəqliyyat vasitələri, hər cür haqq və alacaqlar, qiymətli sənədlər, ortağı olduğu şirkət payları, kirayəlik kassa mövcudları və bank hesabları donduruldu”.
Gülnaz Qənbərli
Gununsesi.info









