
Türkiyənin Ərzurum şəhərində 10 il əvvəl baş vermiş hadisə ilə bağlı cinayət işi yenidən açılıb.
Gununsesi.info xəbər verir ki, 2007-ci ildə S.K adlı 15 yaşlı qız polisə müraciət edərək çox sayda kişi tərəfindən təhdid edildiyini və təcavüzə uğradığını bildirib.
Yeniyetmə qızın şikayət ərizəsində qeyd etdiyi 85 nəfərin içərisində Fətullah Gülənin qardaşı Seyfulla Gülən və onun fərari oğulları Ammar və Səlahəddin Gülənin da adları yer alıb.
Seyfulla Gülən 72 yaşında vəfat etdiyi üçün onun barəsində açılan cinayət işi bağlanıb. Lakin oğullarının 4 ildən 15 ilə qədər həbsi tələb edilir.

Gununsesi.info












