Fətullah Gülənin sağ əli həbs edilib

  • By admin
  • 02 Avqust 2016 17:55

polis

Fətullahci Terror Təşkilatının (FETÖ) öndə gedən adlarından biri olduğu iddia edilən Davut Hancı bu saatlarda həbs olunub.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, istintaq əsnasında Davut Hancının yazışmaları araşdırılacaq. Trabzon şəhər Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi çalışmalar nəticəsində Araklı mahalında gözaltına alınan Hancı Təhlükəsizilik İdarəsindəki əməliyyatlardan dərhal sonra məhkəməyə aparılıb. Prokurorluq istintaqı yekunlaşdırıb Hancını həbs olunma tələbiylə məhkəmə qarşısına çıxarıb.

Qeyd edək ki, Hancı FETÖ-ya üzv olma səbəbiylə günahlandırılaraq, həbs olunub. FETÖ-nün önəmli isimlərindən hesab edilən və axtarışda olan Davud Hancı iyulun 23-də Trabzonun Araklı mahalında tutulmuşdu.

Gülnaz Qənbərli

Gununsesi.info