“Facebook” ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı informasiya mərkəzi yaradır

  • By admin
  • 17 İyun 2020 19:59
“Facebook” kompaniyası ABŞ-da keçiriləcək prezident seçkilərində səsvermə üzrə informasiya mərkəzi yaradacağını elan edib.
Kompaniyanın məlumatında deyilir. “Biz milyonlarla insana səsvermə prosesi barədə düzgün məlumat təqdim edəcək, həmçinin seçici qismində qeydiyyatdan keçməyə və səs verməyə yardımçı olacaq yeni informasiya mərkəzi yaradırıq”, – deyə bəyanatda qeyd edilir.
Gununsesi.org kompaniyanın bəyanatına istinadla xəbər verir ki, layihənin məqsədi ABŞ-da noyabrın 3-də keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ərəfəsində “Facebook” və “Instagram” sosial şəbəkələrindən istifadə edən 4 milyona yaxın amerikalıya seçici qismində qeydiyyatdan keçməyə yardımçı olmaqdır. Bəyanatda bir çox ştatın seçki prosesinə dəyişikliklər etdiyi pandemiya şəraitində səsvermə barədə informasiyanın daha vacib olduğu vurğulanır.
Qeyd edək ki, “Facebook” rəhbərliyi son illər ABŞ hakimiyyəti və Amerika ictimaiyyəti tərəfindən sərt tənqidə məruz qalır. Kompaniyanın administrasiyası əsasən zərərli informasiyanın yayılmasına qarşı tədbirlər görməməkdə ittiham olunur. Həmçinin onun sosial şəbəkə vasitəsilə 2016-cı ildə ABŞ-da keçirilən seçkiöncəsi mübarizəyə təsir göstərildiyi iddia edilir.
Gununsesi.org