“Facebook” istifadəçilərinə bəd xəbər - FƏALİYYƏTİ DAYANDIRILA BİLƏR

  • Müəllif: admin
  • 26 Sentyabr 2017 17:04

facebook

“Facebook” sosial şəbəkəsi “Roskomnadzor” (Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsinə Nəzarət üzrə Federal Xidməti) tərəfindən qadağan edilən informasiya reyestrinə daxil edilə bilər.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsinə Nəzarət üzrə Federal Xidmətinin (Roskomnadzor) rəhbəri Aleksandr Jarov mətbuata açıqlamasında belə deyib.

Belə ki, Aleksandr Jarov bildirib ki, sosial paylaşım sistemi “Facebook” Rusiyada şəxsi məlumatların saxlanması qanununa əməl etmədiyi halda fəaliyyəti dayandırılacaq.

Anar

Gununsesi.info