“Facebook”da yenilik - SAYTLARIN ADI DAHA AYDIN GÖRÜNƏCƏK

  • By admin
  • 17 Avqust 2017 21:00

4a3e2b20-f49c-4fa8-86cb-d53fe1394f2e-facebook1- (1)

Dünyada ən çox istifadə olunan sosial media platforması Feysbuk mobil əlavəsinə dəyişiklik edib.

Gununsesi.info xəbər verir ki, yenilənmələrin əksəriyyəti ana səhifəyə aiddir. Proqramda yeni ikonalar peyda olub, avatarlar yumrulanıb, göy rəng isə daha açıq olub.

Dəyişikliklər bununla da bitmir. Belə ki, bundan sonra əlavə olunan linklərdə saytların adı daha aydın görünəcək.

Qeyd edək ki, Zukerberqin komandası bu yolla özünü məşhur dərgilərə bənzədən feyk saytlara girişi azaldacaq.

Gununsesi.info