Faiq Əmirovun şikayət təmin olunmadı

  • By admin
  • 12 Oktyabr 2016 16:19

faiq

Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətinə baxılıb. 
Gununsesi.info-nun  məlumatına görə, iclasda şikayət təmin olunmayıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 283.1 (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) və 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə təqsirləndirilən F. Əmirov barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyir.

Bu ilin avqustunda saxlanılan F. Əmirov barəsində 3 həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info