Faiq Ağayev Nazı biabır etdi - KİMDİR BUNUN VALİDEYNLƏRİ?

  • By admin
  • 20 Yanvar 2018 15:50

Xəbər verdiyimiz kimi, Türkiyədə evlilik verişinə qatılaraq məşhurlaşan Naz Mila 20 yanvar tarixində Türkiyədə gecə klublarının birində konsert verəcək.

Gununsesi.info azxeber-ə istinadən bildirir ki, Nazın bu addımı xalq artisti Faiq Ağayevi hiddətləndirib. O Nazın fotosunu paylaşıb və yazıb:

“Hansı mühitdə böyüyüb bu şəxs? Nə yeyib? Nə içib? Kimdir onun valideynləri, müəllimləri, əhatəsi? Necə axı vicdan yol verir belə manqurtluğa? Biri məşqə tələsir, biri də belə … 20 yanvar dəhşətini formal qəbul etməyə başlayıblar. Elə bil heç bu zülm olmayıb.”

Qeyd edək ki, Nazın bu hərəkəti sosial şəbəkədə hər kəs tərəfindən tənqid və təhqirlə qarşılanıb.

Gununsesi.info