Fanatları harda qaldığını öyrəndilər, o da başqa evə köçdü

  • By admin
  • 28 Noyabr 2017 22:29


Türkiyəli aktrisa Tuba Büyüküstün və sevgilisi Umut Evirgən cütlüyü yaşadıqları evdən köçüblər.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna cütlüyün yaşadığı evin fanatları tərəfindən ortaya çıxarılması səbəb olub.

İstanbulun Bəbək səmtində yaşayan T.Büyüküstün və sevgilisi ani qərarla Sarıyerə köçüb.

Qeyd edək ki, bu il iyunun 5-də 6 illik həyatı yoldaşı Onur Saylakdan boşanan 35 yaşlı aktrisa, 5 aydır U.Evirgənlə sevgilidir. İddialara görə, Tuba boşanmamışdan öncə də Umutla birlikdə olub və ona görə həyat yoldaşından boşanıb.

Gununsesi.info