
“Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” (FARC) terror təşkilatları siyahısından çıxarılacaq.
Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Avropa Birliyinin (AB) xarici işlər və Təhlükəsizlik Siyasəti Yüksək Nümayəndəsi Federika Mogherin bildirib ki, Kolumbiya hökuməti ilə “Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” terror təşkilatı arasında bağlanan sülh sazişinidən sonra, Avropa Birliyi Şurası FARC-ı terror təşkilatları siyahısından çıxaramağı planlaşdırır.
Qeyd edək ki, FARC 2002-ci ildən etibarən AB-nin terror təşkilatları siyahısında yer alır. FARC dünyanın bir çox yerində terror təşkilatı kimi tanınır. 1960-cı illərdə Kolumbiya Kommunist Partiyasının hərbi qolu olaraq yaradılan bu təşkilat qısa zaman sonra siyasətdən ayrıldı və silahlı hərəkətlərə başladı.
Anar
Gununsesi.info











