Fatih Terim Ardaya görə “Qalatasaray” rəhbərliyi qarşısında şərt qoydu

  • By admin
  • 23 İyul 2020 15:45

Türkiyənin “Qalatasaray” futbol klubunun baş məşqçisi Fatih Terim komandanın rəhbərliyi qarşısında Arda Turanın kluba geri qaytarmaq tələbini irəli sürüb.

Gununsesi.org “Hürriyet” nəşrinə istinadla xəbər verir ki, mütəxəssis ötən gün keçirilən iclasda 33 yaşlı yarımmüdafiəçinin transfer məsələsini gündəmə gətirib.

O, İstanbul təmsilçisinin prezidenti Mustafa Cengizdən A.Turan mövzusuna yenidən baxılmasını tələb edib.

Qeyd edək ki, A.Turan 2004-2011-ci illərdə “Qalatasaray”ın formasını geyinib.

 

 

Gununsesi.org