FETÖ-nün 48,5 milyardı dövlətə qaldı

  • By admin
  • 19 İyul 2017 21:42

1383730231fethullah-gulen

 

Türkiyədə hərbi çevrilişə cəhd etmiş FETÖ terror təşkilatının şirkətləri və daşınmaz əmlakı dövlətin hesabına keçib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ümumi dəyəri 41 milyard lirə (19,8 milyard manat) 966 şirkət qəyyumluğa götürülüb.

Daşınmaz əmlakların dəyəri isə 7 milyard lirə (3,4 milyard manat) olub.

Qeyd edək ki, FETÖ istintaqı çərçivəsində ictimai sektorda 111 min 240 nəfər işdən çıxarılıb. Bundan başqa, 168 min 977 nəfər barəsində cinayət işi açılıb, onlardan 50 min 344 nəfər tutulub, 47 min 136 nəfər isə şərti azadlığa buraxılıb. Hazırda 55 min 495 nəfərin cinayət işi üzrə istintaq davam edir.

Gununsesi.info