FETÖ-nün lideri Fətullah Gülənin qardaşı oğlu HƏBS OLUNDU

  • Müəllif: admin
  • 06 Dekabr 2017 13:12

Ankara polisi, FETÖ-yə aid edilən 65 ünvana qarşı keçirdiyi əməliyyatda haqlarında həbs olunma qərarı çıxarılmış 87 nəfərdən 47-i saxlanılıb.

Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, saxlanılanlar arasında arasında FETÖ-nün lideri Fətullah Gülənin qardaşı oğlu Salman Gülən də var.

Əməliyyatın hazırda təşkilat adından fəaliyyət göstərən şəxslər ilə haqlarında tutulma qərarı olanların qaldığı gizli sığınacaqlara qarşı olduğu bildirilib.

Gununsesi.info