Feysbukda “Sabahınız xeyir” yazdı, həbs olundu

  • By admin
  • 25 Oktyabr 2017 23:11

459979E200000578-5005489-image-a-59_1508754335568
İsrail polisləri feysbukdakı paylaşımına görə fələstinli şəxsi həbs edib.

Gununsesi.info xəbər verir ki, bunun əsas səbəbi isə feysbukda avtomatik tərcümənin həmin şəxsin paylaşımını səhv tərcümə etməsi olub.

Belə ki, fələstinli şəxs ərəb dilində “Sabahınız xeyir” yazıb. Lakin sosial şəbəkənin avtomatik tərcümə sistemi ivrit və ingilis dilinə həmin paylaşımı “Onlara hücum edin” kimi tərcümə edib. İxtisasca inşaatçı olan fələstinli şəxs terrora dəvət etməkdə ittiham olunaraq həbs olunub.

 

Gununsesi.info