FHN əməkdaşı iş yerində ÖLDÜRÜLDÜ: Namus üstündə...

  • Müəllif: admin
  • 08 May 2019 14:26

Sumqayıt şəhərində 35 yaşlı kişi qətlə yetirilib.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin əməkdaşı, 1984-cü il təvəllüdlü Kərimov Emin Vəli oğlu iş yerində bıçaqlanaraq öldürülüb.

Faktla bağlı araşdırma aparılır.

12:13

***

13:42 (YENİ-2)

FHN-nin Sumqayıt Regional Mərkəzinin binasının qarşısında Emin Vəli oğlunu bıçaqlayan şəxs həbs edildi.

Prokurorluqdan Unikal.org-a verilən məlumata görə, faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Şəmsəddin İbrahimov şübhəli şəxs qismində saxlanılıb. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Qətlin namus üstündə törədildiyi deyilir.