
Fövqəladə Hallar Nazirliyi (FHN) Balakən rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, Balakən rayonunda vətəndaşa məxsus ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı 2014-cü il təvəlüdlü Alagözov Ramal Amil oğlunun meyiti aşkar olunaraq aidiyyati üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info