FHN azyaşlını xilas etdi

  • By admin
  • 10 İyul 2017 12:26

06

Bakı şəhərinin Səbail rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb cəlb olunublar.

Xilasedicilər mənzilin qapısını açaraq azyaşlını aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 09:30-da başa çatıb.

Anar

Gununsesi.info