Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun altı müavinindən ikisinin vəzifəsindən azad edilməsi təsdiqlənib.
Gununsesi.info xəbər verir ki, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyevin adı nazirliyin rəsmi saytının rəhbərlik bölümündən çıxarılıb.
Qeyd edək ki, Etibar Mirzəyev saytımıza yaş həddi ilə bağlı təqaüdə çıxdığını açıqlamışdı.











