Fikrət Fərəməzoğlunun həbs müddəti uzadıldı

  • By admin
  • 25 Oktyabr 2016 14:15

fikrat

Jam.az saytının hazırda həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlunun həbs müddəti yenidən 3 ay  artırılıb.

Gununsesi.info-nun xəbərinə görə bu haqda ailəsindən məlumat verilib.

Qeyd edək ki, jurnalistə açılmış cinayət işi üzrə müstəntiq F.Fərəməzoğlunun həbs müddətinin 3 ay artırılması barədə vəsatət, baş prokurorun birinci müavini Rüstəm Usubov isə təqdimat verib.

Xatırladaq ki, vəkili həbsdə olduğu 4 ay ərzində F.Fərəməzoğlu barəsində cəmi bir dəfə istintaq hərəkətinin aparıldığını qeyd edib.

Gülnaz Qənbərli

Gununsesi.info