Fikrət Fərəməzoğlu Prezidentə üz tutdu: "Qoluma qandal vuraraq, cibimə pul qoyub həbs etdilər"

  • By admin
  • 15 Sentyabr 2016 10:47
fikrat
Öncəliklə məni müdafiə edən dostlara, həmkarlara dərin təşəkkürümü bildirirəm. Sizi əmin edirəm ki, mən heç bir günahın sahibi deyiləm. Və həbsim sifarişlidir. İyunun 30-da BMCMİ-nın əməkdaşları öncədən hazırladıqları şərləmə əməliyyatı keçirərək, qoluma qandal vuraraq, cibimə pul qoyub həbs etdilər”.
Gununsesi.info xəbər verir ki, bunu hazırda həbsdə olan jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu ölkə Prezidenti İlham Əliyevə müraciətində yazıb.
O, yazıb ki, daha sonra üzümə durmaq üçün öyrədilmiş adamları gətirib yalandan guya həmin adamlardan pul aldığıma dair onlardan izahat aldılar. Qeyd edib ki, BMCMİ-nın əməkdaşları üzümə durmaq üçün azqala ölkənin yarısının imkanlarından istifadə etməyə çalışmaqla yanaşı, hətta bunun üçün həmin adamlara təzyiq göstərməkdən də çəkinmirdilər. Onun sözlərinə görə, hətta, üzünə deyiblər ki, istənilən adamı üzünə durduracaqlar. Bildirib ki, BMCMİ-də ayrı-ayrı adamların əleyhinə ifadə almaq, habelə onların əleyhinə ifadə verməm üçün mənə göstərilən fiziki və psixoloji təzyiqin və işgəncələrin sayı-hesabı olmayıb.
“Bunun məntiqi nəticəsi 34 gün BMCMİ-də saxlanılmağım, vəkildən imtina etməyim, habelə apellyasiya şikayəti verməkdən imtinaya məcbur edilməyimdir. Bütün bunların hamısı təzyiq altında baş verib. Uzun müddət susqun qalmağım, birbaşa hər hansı bir açıqlama verməməyim də məhz bu təzyiqlər nəticəsində baş verib. İstintaqın gedişatı məsələsinə gəlincə bu işin qurama, qondarma və sifarişli olduğunu deməyə lüzum yoxdur. Ona görə ki, faktiki olaraq heç bir istintaq hərəkəti aparılmır və bundan sonra da aparılacağı inandırıcı deyil. Çünki, sifariş verənlər mənim həbsimə nail olub, uzun müddət həbsdə qalmağım üçün bütün imkanlarından istifadə ediblər. Barəmdə qaldırılmış cinayət işinin qondarma və sifarişli olduğunu sübut edən yetərli qədər dəlillər var. 1. Əleyhimə yalan ifadə vermiş Mehman Həsənov, Şirin və Baxşeyişlə nə görüşmüşəm, nə də onlardan pul tələb etmişəm. Onların hər üçü BMCMİ-nın ştatlı üzəduranlarındandır.
Mən görüşmədiyim, danışmadığım adamlardan necə pul tələb edə bilərəm? 2. Əleyhimə yalan ifadə vermiş hər üç şəxsin Bakıda əxlaqsızlıq yuvası işlətdiyini bilməyən yoxdur. Əgər onlarla əlaqəm olmuşdusa o zaman istintaq bizim mobil telefonlarımızın anten uyğunlaşdırılmasını aparmaqdan niyə imtina edir? Bununla bağlı qaldırdığım vəsatətləri niyə rədd edir? Səbəb məlumdur. Çünki belə bir araşdırma olarsa həmin ştatlı üzəduranların yalanları üzə çıxmış olacaq. 3. Əgər mən həqiqətən də Mehman Həsənovdan pul almışdımsa həmin əskinazların üzərində əl izlərim olmalıdır. Mən istintaq qarşısında dəfələrlə pulların ekspertizasının aparılmasını irəli sürsəm də, bu reallaşdırılmayıb. Çünki, həmin pulların üzərində əl izlərimin olması mümkün deyil. Ona görə ki, həmin pul qoluma qandan vurulduqdan sonra məhz əməliyyatçılar tərəfindən cibimə zorla qoyulub. 4. Əgər həqiqətən cinayət əməli törətmişəmsə niyə 34 gün tam təcrid olunmuş vəziyyətdə saxlanılırdım? Bunların qorxusu nədən ibarət idi? 5. Niyə vəkildən və apellyasiya şikayətindən imtinaya məcbur edildim? 6. Mənimlə görüşmək istəyən qırmızı xaç komitəsinin əməkdaşlarına niyə mənim BMCMİ-də olmadığımı deyib onlarla görüşümə 1 gün sonra icazə verdilər? 7. Mənimlə bağlı həyat yoldaşımın Prezidentə etdiyi müraciətlərə niyə sərt münasibət göstərir, mənə və həyat yoldaşıma təzyiqlər edirdilər? 8. Barəmdə qaldırılmış cinayət işində qeyd olunan maddələr üzrə dəlil və sübutlar nədən ibarətdir?
Niyə onlar mənə və vəkilimə tanış olmaq üçün təqdim edilmir? 9. CM-nın 182.2.2 maddəsinə əsasən guya mən qrup şəklində ayrı-ayrı adamları təhdid etmişəm. Hanı həmin qrup üzvləri? 10. CM-nın 182.2.4 maddəsinə əsasən guya mən ayrı-ayrı adamlara xeyli miqdarda zərər vurmuşam. Kimdir həmin adamlar? Niyə mənim onlarla üzləşməyim təmin edilməyib. 11. Kompüterimin çantasından toplanmış 10-dan artıq otel və motelin siyahısını əleyhimə istifadə etməyə çalışan istintaq niyə əziyyət çəkib rəhbəri olduğum jam.az saytına 5 dəqiqəlik araşdırma aparmayıb?”
O, daha sonra qeyd edib ki, halbuki həmin siyahıda qeyd edilən otel və motellərin ləğv edilmiş MTN-nin keçmiş generalı Elçin Quliyevin haqq aldığı və şantaj məqsədilə istifadə etdiyi obyektlərdir:
Həmin obyektlərin adları və Elçin Quliyevə aylıq nə qədər pul verdikləri jam.az saytında xeyli əvvəl dərc olunub. Əgər mən həqiqətən də siyahıda adları olan hotel və motellərdən hədə qorxu ilə pul almışamsa onların adlarını və ayda nə qədər pul verdiklərini saytımda niyə yazırdım? Bütün bunlar sadalamaq istədiyim halların cüzi bir hissəsidir. yaxın vaxtlarda digər məqamlarla bağlı geniş açıqlama verəcəyəm. Bu gün niyə həbs olunduğumu yaxşı bilirəm. Mən bəzi məmurların maraqlarını tapdalamışam. Onların qeyri-qanuni fəaliyyətlərini, gizli bizneslərini, qanunsuz əməllərini ifşa etmişəm. Bu da həmin məmurların qəzəblənməsinə, qazanclarının azalmasına gətirib çıxarıb ki, bu da həbsimə sifariş verilməsi ilə nəticələndi. Bu adamların mənə qarşı olan qəzəbi və qərəzi o həddədir ki, hətta MTN-dəki cinayətkar dəstənin əməllərini belə kölgədə qoyur. Hələ 2008-ci ildə rəhbəri olduğum “24 saat” qəzetini əlimdən almaq istəyən MTN rəhbərliyi məni 2 günlük həbs etmişdi. Həmin vaxt məni şəxsən özümlə təhdid edərək“.
Gununsesi.info