Fil qaçqınları əzərək öldürdü

  • By admin
  • 14 Oktyabr 2017 21:00

fil_nufusu_yok_oluyor_h13022585_73eb9

Banqladeşdə fil rohinca qaçqınları olan düşərgəyə hücum edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, azı 4 nəfərin filin ayaqları altında qalıb öldüyü bildirilir.

Məlumata görə, səhər saatlarında qəflətən fil meşədən çıxaraq düşərgəyə hücum edib.

Hadisə zamanı 2 nəfərin elə yerindəcə öldüyü bildirilir. Daha 2 nəfər aldığı yaralardan ölüb. Bir neçə nəfər isə ağır xəsarətlərlə yaxınlıqdakı tibbi məntəqəyə yerləşdirilib.

Gununsesi.info