
Filippində artıq iki həftədir döyüşlərin davam etdiyi Maravi şəhərindən 300-dək uşaq təxliyə olunub.
Gununsesi.info-nun xəbərinə görə, Filippin Prezidenti Rodriqo Duterte ordu və yaraqlılar arasında baş verən silahlı qarşıdurma ilə əlaqədar Mindanao adasında hərbi vəziyyət elan edib. R.Dutertenin bildirdiyinə görə, ərazidə hərbi vəziyyət bir ilə qədər davam edə bilər. Əsas döyüşlər 500-dək ekstremistin cəmləşdiyi Maravi şəhərində gedir. Qarşıdurma nəticəsində 95 yaraqlının məhv edildiyi, 25 əsgərin və 19 mülki vətəndaşın həlak olduğu bildirilir.
200 min əhaliyə malik Maravinin əksər sakinləri artıq şəhəri tərk ediblər.
Gununsesi.info









