
Finlandiya prezidenti Sauli Niinistyo 69 yaşında ata olub.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkə başçısının dəftərxanası məlumat yayıb.
Qeyd edilir ki, yanvarın sonlarında ikinci dəfə dövlət başçısı seçiən Sauli Niinistyo ikinci dəfə ata olub.
“Fevralın 2-də saat 20 radələrində (Bakı vaxtı ilə 22-də – red) prezident Sauli Niinistyonun və xanımı Yenni Haukionun oğlan övladları dünyaya gəlib. Ana və övladı özünü yaxşı hiss edir”, – deyə məlumatda bildirilir.
Niinistyo ailəsində xoş xəbərin gözlənilməsi haqda məlumat ötən ilin oktyabrında yayılmışdı.
Gununsesi.info












