
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ alimləri belə nəticəyə gəliblər ki, gözəl bədən ölçülərinə sahib olan qızlar kök məktəbli qızlarla müqayisədə daha yaxşı təhsil alırmışlar. Məlum olub ki, ağır çəkili qızlar dərslərini pis oxuyur, aşağı qiymətlər alırlar.
Araşdırmanın ən maraqlı tərəfi odur ki, bu göstərici ağdərili qızlara aid edilir. Qaradərili qızlarda qiymətin köklük, yaxud arıqlıqla əlaqəsi yoxdur. Alimlər bunu ağdərili qızların artıq çəkini kompleks etməsi ilə əlaqələndirirlər. Məktəbdə oğlanlar kök qızları ələ saldıqları üçün onlar dərslərini öyrənib lövhə qarşısına çıxmağa utanırlar. Xüsusən də pis qiymətlər humanitar fənlərdən alınır. Bu da humanitar elmlərlə əlaqəli sahələrdə bilik səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır.
Gununsesi.info












