“Forbes” ən cox qazanan qadın müğənnilərin adlarını açıqladı - SİYAHI

  • By admin
  • 03 Noyabr 2016 11:16
mugenni
Forbes 2016-cı ildə dünyada ən çox qazanan müğənnilərin siyahısını açıqlayıb. Birinci yeri dünyaca məhşur müğənni  Teylor Svift tutub. Onun  illik gəliri 170 mln dollar olub.
Gununsesi.info  Forbesə istinadən xəbər verir ki,  populyar müğənnin əsas gəliri  “1989” konsert turu gətirib. Bundan əlavə olaraq müğənni Keds ayaqqıbı firmasının, həmçinin “Apple” məhsullarının və  dietik qazlı suların  reklamı ilə məşğul olduğundan, oradanda  yetərincə gəlir əldə edir.
Qeyd edək ki, T.Svift bundan öncəki il illik gəliri 80 mln dollar həcmində dəyərləndirilib.
Forbesin siyahısında ikinci yeri  britaniyalı müğənni Adel tutub ki, onun gəlirləri 80,5 mln dollar təşkil edib.
Üçüncü yeri Madonna bölüşüb və onun illik gəliri 76,5 mln dollar olub.
Top 10-luq reytinqində isə  4-cü yeri Rianna 75 mln dollar, 5-ci yeri Beyonse 54 mln dollar, 6-3-cı yeri Keti Perri 41 mln dollar, 7-ci yeri Cennifer  Lopes 39,5 mln dollar, 8-ci yeri Britni Spris 30,5 mln dollar, 9-cu yeri Şanaya Tven 27,5 mln dollar və 10-cu yeri Selin Dion 27 mln dollar gəlirlə tutub.
Gununsesi.info