“Formula 1” ilə əlaqədar bağlanan yolların bir qismi bu gün açılacaq

  • By admin
  • 20 İyun 2016 11:09

bakinin yol

 

“Formula 1” yarışları ilə əlaqədar Bakının mərkəzi hissəsində bağlanan yolların bir qismi bu gün açılacaq. Gununsesi.info xəbər verir ki, bu barədə mətbuata BŞDYPİ-nin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov qeyd edib ki, bu barədə “Formula 1” yarışının təşkilat komitəsindən bildirilib: “Komitədən verilən məlumata görə, bu gün nahardan sonra “Formula 1″ yarışı ilə əlaqədar Bakı Şəhər Halqası boyu kəsişmələrdə yerləşən küçələrdəki maneələr aradan qaldırılacaq. Dənizkənarı Milli Park ərazisi və Neftçilər prospektində isə hərəkətin bərpasına sabahdan başlanacaq”. (Trend)