Fransa əhalisinin 72%-dən çoxu tam peyvəndlənib

  • By admin
  • 03 Oktyabr 2021 09:00

Fransada son 24 saatda yeni növ koronavirusa (COVID-19) yoluxan daha 31 nəfər vəfat edib.

 

Gununsesi.info  xəbər verir ki, bu barədə ölkənin İctimai Sağlamlıq Agentliyi məlumat yayıb.

 

Ölənlərin ümumi sayı 116 789 nəfər olub.

 

Sutka ərzində daha 4948 nəfər bu virusa yoluxub və ümuni yoluxanların sayı 7 milyon 23 min 315-ə yüksəlib.

 

Fransa Səhiyyə Nazirliyi tərəfindən paylaşılan məlumatlara görə, ölkə əhalisinin 72,3 faizi tam peyvənd edilib.

Gununsesi.info