Fransa baş nazirinin mənzili qarət olunub

  • By admin
  • 27 Aprel 2017 21:35

1493310282-893

 

Fransa baş naziri Bernar Kaznevin Parisdəki mənzili naməlum şəxslər tərəfindən qarət olunub.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, qarətçilər mənzildə olan xidməti sənədlərə toxunmayıblar.

Mənzildən hansı əşyaların oğurlanması barədə məlumat verilmir.

Cinayətkarların mənzilin kimə məxsus olması barədə məlumatsız olduğu bildirilir.
 

Gununsesi.info